Türkiyə baş nazirinin Azərbaycan səfəri başlayıb

  • By admin
  • 03 İyun 2016 12:30

Binalii

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım iyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb. Gununsesi.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Qeydedək ki, Türkiyənin baş naziri Binəli Yıldırım “ANA” özəl təyyarəsiylə yerli vaxtla 09.45-də Bakıya uçub. B. Yıldırımı səfərdə həyat yoldaşı Səmiha Yıldırım, baş nazirin müavini Turğul Turkəs, təhsil naziri İsmət Yılmaz, Xarici İşlər Nazirliyinin rəsmisi Feridun Sınırlıoğlu və digər rəsmi şəxslər müşaiyət edirlər. İki günlük səfər çərçivəsində Türkiyənin baş naziri Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oktay Əsədovla görüşlər keçirəcək. Görüş zamanı Türkiyə-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ problemi başda olmaqla bir sıra məsələlər müzakirə obyekti olacaq. B.Yıldırım Bakıya səfərini Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və şəhidlər xiyabanını ziyarət etməklə başlayacaq.

 

Gülnaz