Bu gün futbolda maraqlı oyun: Azərbaycan-Kanada

  • By admin
  • 03 İyun 2016 12:24

 Futbol Satadionu

Futbol üzrə Azərbaycan milli komandası Avstriyada təşkil olunmuş təlim-məşq toplanışında bu gün sonuncu yoldaşlıq oyununu keçirəcək. Gununsesi.info xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 21:00-da Kanada yığması ilə qarşılaşacaq. Qarşılaşmanı isveçrəli FİFA referiləri idarə edəcək. Oyunun baş hakimi Saşha Amhof olacaq. Ona həmyerliləri Stefane De Almeida, Vital Jobin və Adrien Jaccottet kömək edəcəklər.

Toplanış çərçivəsində millimiz Andorra yığması ilə heç-heçə edib (0:0), Makedoniya komandasına isə 1:3 hesabı ilə məğlub olub.

 

Gununsesi.info