Türkiyə ilə danışıqlar dayandırılmalıdır – Alman nazir

  • By admin
  • 23 Aprel 2017 18:09

 hermann

 

Avropa Birliyi Türkiyə ilə üzvlük danışıqlarını dayandırmalıdır.

Axar.az xəbər verir ki, bunu Almaniyanın Bavariya əyalətinin Daxili İşlər naziri Yoahim Herrman “Bild am Sonntaq” qəzetinə açıqlamasında deyib.

“Türkiyənin Avropa Birliyi üzvlüyünə həmişə qarşı çıxdım. Bu ölkə ilə üzvlük müzakirələrini dayandırmağın vaxtı çatıb. Avropa Birliyinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir oxşarlığı yoxdur”, – Herrman bildirib.

 

Gununsesi.info