Türkiyə köhnə vaxta qayıdır

  • By admin
  • 28 Oktyabr 2017 10:36

Türkiyə 2018-ci il oktyabrın 28-i bazar günü saatı 1 saat geri çəkəcək.

Gununsesi.info xəbər verir ki, davamlı yay saat tətbiq olunması 2018-ci ildə bitəcək.

Türkiyənin Nazirlər Kabinetinin qərarına əsasən, gələn ilin oktyabrın 28-i saat 4:00-dan etibarən bütün ölkədə saatlar geri çəkiləcək.

Gün işığından daha çox yararlanmaq məqsədi ilə Türkiyənin Nazirlər Kabinetinin ötən ilin oktyabr ayında qəbul etdiyi 2016/9154 saylı qərarı 2018-də ləğv ediləcək.

Gununsesi.info