Türkiyə ordusundan son dəqiqə açıqlaması: 44 İŞİD-Çİ ÖLDÜRÜLÜB

  • By admin
  • 21 Fevral 2017 11:45

İSİD

Fevralın 21-i Suriyanın şimal ərazilərinin terroristlərdən təmizlənməsi məqsədi ilə Türkiyə Silahlı Qüvvələrinin (TSK) liderliyində həyata keçirilən əməliyyat çərçivəsində, İŞİD Terror Təşkilatına aid 113 hədəf məhv edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda “Fırat Qalxanı” hərəkatı çərçivəsində Türk Hərbi Birləşmələri Əl-Baba və Bzagah bölgələrində 44 İŞİD silahlısını zərərsizləşdirib.
Qeyd edədk ki, Türkiyə ordusu Suriya ərazisində hərbi əməliyyatları davam etdirir. “Fırat Qalxanı” adı verilən əməliyyat avqustun 24-də saat 4-də başlayıb. Bu günə kimi əməliyyat zamanı çoxlu sayda İŞİD terrorçusu məhv edilib.

Anar
Gununsesi.info