Türkiyə parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

  • By admin
  • 29 May 2016 14:14

170x106xturk.jpg.pagespeed.ic.a33qa3QO2b

Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında yeni hökumətin tərkibi təsdiqlənib. Gununsesi.info-nun türk mediasına istinadən verdiyi xəbərə görə,  hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə qurulan 65-ci hökumətə etimadla bağlı səsvermə keçirilib. Səsvermədə iştirak edən deputatlar hökumətə etimad göstərib.