Türkiyə Rusiyaya 2 milyard dollar ödəyəcək

  • By admin
  • 02 Noyabr 2017 20:18


Rusiyanın Türkiyəyə satacağı “S-400” zenit raket kompleksinin qiyməti açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Rusiyanın Milli Müdafiə Sənaye şirkəti olan “Rostek”in icraçı direktoru Sergey Çemezov müqavilənin dəyərinin 2 milyarddan çox olacağını açıqlayıb.

Məlumata görə, Türkiyə bu kompleksdən 4 ədəd alacaq.

Qeyd edək ki, satış həyata keçirilərsə, Türkiyə “S-400”ə sahib olan ilk NATO üzvü olacaq.

Zenit raket kompleksi eyni anda 27 km hündürlükdə və 250 uzaqlıqda olan 72 hədəfi dəqiq vura bilir.

 

Gununsesi.info