Hadisənin yeni sevgilisi evlidir?

  • By admin
  • 02 Noyabr 2017 20:29


Müğənni Hadisənin yeni sevgili, “O səs Türkiyə”nin ötən ilki qalibi Dodan Özer haqda yeni faktlar ortaya çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəzi mənbələr Dodanın evli olduğu haqda məlumatlar yayıb.

Lakin “Söyləməzsəm olmaz” verilişdə Özerin kim olduğu araşdırılıb və onun ötən il xanımından ayrıldığı bildirilib.

Maraqlısı odur ki, nə Hadisə, nə Dodan aralarındakı münasibət haqda indiyənək heç bir məlumat verməyib.

Xatırladaq ki, Hadisə bir müddət əvvəl açıqlamasında “Tək deyiləm. Həyatımda biri var”, deyə vurğulamışdı və ondan sonra Özerlə fotolarını sosial media hesabında paylaşmışdı.

 

Gununsesi.info