Seda Sayan bir ildə 200 milyon lirə qazanacaq

  • Müəllif: Firuzə
  • 07 Sentyabr 2026 11:58

Son dövrlərdə “Bacıların Bacısı” proqramı ilə adından söz etdirən Seda Sayan dörd fərqli marka ilə reklam müqaviləsi imzalayıb.

Gununsesi.info xəbər verir ki, səhnə və ekranın sevilən simalarından olan Seda Sayan reklam dünyasında da adından söz etdirməyə davam edir. Sənətçinin dörd fərqli marka ilə illik reklam müqaviləsi imzaladığı öyrənilib.

Müqavilələrin hər birinin 50 milyon lirə dəyərində olduğu bildirilərkən, Sayanın bu işlərdən ümumilikdə 200 milyon lirə qazanacağı qeyd edilir.

Rəqəmsal təhsil platforması “ÜçDörtBeş All Star” üçün kamera qarşısına keçdiyi reklam filmi yayımlanan sənətçi digər üç markanın tanıtımında da ekran qarşısına çıxacaq.

“YouTube” kanalında yayımlanan “Bacıların Bacısı” proqramı ilə qısa müddətdə sosial medianın gündəminə düşən Seda Sayan bu uğurdan sonra rəqəmsal platformalardakı fəaliyyətini artırmaq qərarına gəlib.

Sayanın ona gələn televiziya layihələrini hələlik təxirə saldığı öyrənilib. Uzun illər televiziya proqramları ilə tamaşaçı qarşısına çıxan Sayanın bu dəfə istiqamətini rəqəmsal dünyaya çevirməsi diqqət çəkib.

Sənətçi yeni dövrdə daha sərbəst yayım imkanı təqdim edən rəqəmsal platformalarda layihələr hazırlamağa davam edəcək.

Seda Sayanın “YouTube” üçün yeni proqram hazırladığı da öyrənilib. “Bacıların Bacısı”ndan sonra rəqəmsal platformada daha bir layihəyə imza atmağa hazırlaşan sənətçinin yeni proqramının detallarının yaxın günlərdə dəqiqləşməsi gözlənilir.

Beləliklə, Sayan həm reklam müqavilələri, həm də rəqəmsal layihələri ilə gərgin iş dövrünə qədəm qoyacaq.

Gununsesi.info