Türkiyə sonacan Azərbaycanın yanında olacaq - NAZİR

  • By admin
  • 09 Yanvar 2017 17:06
movlud
Qardaş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu dəstək sonuna qədər davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada diplomatların 9-cu konfransında çıxışı zamanı bəyan edib.
 Cənubi Qafqazın türkiyənin xarici siyasətinin prioriteti olduğunu dilə gətirən nazir deyib ki, Cənubi Qafqazda xüsusi maraqlarımız  var: “Əsas hədəfimiz  bölgənin təhlükəsizliyinin təmin olunmasına  və inkişafına nail olmaqdır. Fəaliyyətimizi də bu istiqamətdə qurçuşuq”.
Azərbaycanla bağlı məsələlərə toxunan nazir deyib ki,  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu dəsətəyimizi var gücü ilə bundan sonra da  davam etdirəcəyik: “Biz sonunadək Azərbaycanın yanında olacağıq”.
Orta Asiya ölkələri ilə əlaqələrə toxunan nazir deyib ki,  Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra ilk dəstək səfəri məhz Qazaxstandan olub və bunu xoş xatirə ilə yad edirik: “Orta asiya ilə əlaqələrin inkiaşfı baxımından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişafına böyük önəm veririk.Bundan əlavə olaraq digər türkdilli xalqlarla  əlaqələrimizi inkişaf etdiririk”.
 Rusiya ilə əalqələrin inkiaşf etdirildiyini dilə gətirən M.Çavuşoğlu deyib ki, iki ölkə arasında turizm, enerji və digrə sahələrdə əlaqələr dinamik inkişf edir. “Terrorizmə qarşı birgə mübarizə aparırıq. Ancaq bununla belə öz prinsiplərimizdən də geri çəkilmirik. Biz Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü tanıyıqır. Krımın Rusiya tərəfdən işğalını qəbul etmirik və etməyəcəyik də”.
Gununsesi.info