Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək - FUAT OKTAYDAN AÇIQLAMA

  • By admin
  • 16 Sentyabr 2019 20:31

“Türkiyə və Azərbayсan arasında orta vaqon istehsalı, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən daha aktiv istifadə edilməsi barədə birgə qərarlarımız var”.

Gununsesi.org-un məlumatına görə, bunu Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

F. Oktay deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı ortaq tarifin müəyyənləşdirilməsi, həm də dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması ilə bağlı anlaşma və çalışmalar var: “TUBİTAK (Türkiyə Elmi Texniki Araşdırma Şurası-red.) Azərbaycanda 27 laboratoriya açacaq, bununla bağlı razılaşma əldə olunub. Bu, Azərbaycan iş adamlarının başqa ölkələrlə də ticarətini asanlaşdıracaq”.

 

 

Gununsesi.org