Türkiyə və Yunanıstanın XİN rəhbərləri Hatayda - FOTOLAR

  • By admin
  • 12 Fevral 2023 14:40

Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hataya səfər ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Hatay şöbəsinə gedəcəklər, xilasetmə işləri və humanitar yardımlarla bağlı müzakirə aparacaqlar.

Qeyd edək ki, Nikos Dendias bu gün Türkiyəyə Adana Hava limanından eniş edib.

Türkiyə və yunanıstanlı nazirlərin ikitərəfli görüşü də olub.

Gununsesi.info