“Türkiyə yeni uğur hekayələrini yazmağa davam edəcək” - ƏRDOĞAN

  • By admin
  • 15 Yanvar 2022 17:13

Türkiyə “pomidor idxalçısı” deyil, Afrika, Asiya və Avropanın istehsalat mərkəzi olan bir ölkədir.

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, ölkəsinin Avropa İttifaqı ilə ticarətinin müsbət saldosu 7,7 mlrd. ABŞ dolları təşkil edir: “Türkiyənin istehsal gücündən, bu ölkənin sənayesindən xəbərsiz olan “şirin su siyasətçiləri”ni öz cəhalətlərinin öhdəsinə buraxırıq. Yeni uğur hekayələrini yazmağa davam edəcəyik”.

 

 

Gununsesi.info