Bu ay Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” statusu və təqaüdü veriləcək

  • By admin
  • 15 Yanvar 2022 17:01

“Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşdırılacaq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov “REAL TV”yə açıqlamasında deyib.

O bildirib ki, Vətən müharibəsi iştirakçıları yanvar ayı ərzində “Müharibə veteranı” statusunu və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü ala biləcəklər.

 

 

Gununsesi.info