Türkiyədə 15 millət vəkili istefa verdi

  • By admin
  • 22 Aprel 2018 15:22

Türkiyədə İYİ Partiyasının seçkilərdə iştirak edə bilməsi üçün 15 CHP-li millət vəkili Kamal Kılıçdaroğlunun göstərişi ilə istefa verib.

Gununsesi.info xəbər verir ki, bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçirdiyi iclasda həmin deputatların adları açıqlanıb.

CHP-nin mətbuat katibi Bülənt Tezcan demokratiyanın önünə qoyulan əngəlləri aşmaq üçün bu addımı atdıqlarını açıqlayıb.

Gununsesi.info