Türkiyədə İŞİD üzvləri və İstanbuldakı terror aktı ilə əlaqədar 40 nəfər saxlanılıb

  • By admin
  • 04 Yanvar 2017 21:30

b74bf28a-def9-4850-895d-4f8eb138cf6b_292

 

Türkiyədə İŞİD-lə əlaqəsi olan 20 nəfər polis tərəfindən saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” ölkənin hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, onlar İzmir vilayətində saxlanılıblar. İŞİD tərəfdarlarının bura Konyadan – İstanbulda terror aktı törətmiş şəxsin bir müddət gizləndiyi şəhərdən gəldikləri bildirilir.

Polisin keçiirdiyi həbslərin Yeni il gecəsi İstanbulda baş vermiş terror aktı ilə əlaqədar olub-olmadığı açıqlanmır.

“Hurriyyet” qəzeti də İstanbuldakı terror aktı ilə əlaqədar 40 nəfərin saxlanıldığını bildirib. Saxlanılanların əksəriyyətinin Orta Asiya əsilli olduqları bildirilir.

 

 

Gununsesi.info