Türkiyədə prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb, Ərdoğan liderdir – YENİLƏNİB-1

  • By admin
  • 24 İyun 2018 21:12


Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb.

Gununsesi.info-nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 55,47%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,22%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,47%).

Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

***

20:26

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 42 faizi hesablanıb.

Gununsesi.info-nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 56,98%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (28,31%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,45%).

Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

***

19:50

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində səslərin 19,6 faizi sayılıb.

Gununsesi.info-nun Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sayılan səslərə əsasən Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 59,6 faiz, CHP-nin namizədi Məhərrəm İncə 26,1 faiz səs toplayıb.

İyi Partiyanın sədri Meral Akşener 7,7 faiz, və Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 5,5 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək 0,2 faiz səs toplayıb.

Gununsesi.info