36 yaşlı Ruben Rubinyan Ermənistan Parlamentinin yeni sədri seçilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
1990-cı ildə Yerevanda doğulan Rubinyan Yerevan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Daha sonra London Universitet Kollecində (University College London) siyasət və təhlükəsizlik üzrə magistr təhsili alıb.
O, 2018-ci ildə Ermənistanın xarici işlər nazirinin müavini olub. 2019-cu ildə deputat seçilib və Parlamentdə “Xarici Əlaqələr Daimi Komitəsi”nin sədri vəzifəsini tutub.











