Türkiyədə qar uçqunu: 2 ölü, 7 yaralı

  • By admin
  • 04 Mart 2023 19:48

Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunda xizək sürən alpinistlərin üzərinə qar uçqunu düşüb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Artvin valiliyinin yaydığı məlumata görə, hadisə yerli saatla 15.00 radələrində baş verib.

Gununsesi.info