
Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin mətbu orqanı – “Üç çizgi” jurnalının ilk sayı çapdan çıxıb.
Gununsesi.info-ya Diasporla Iş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, jurnalinin təsisçisiEskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, redaktoru Rza Mammadov və mətbuat müdiri Aygün Öztürkdür.
“Üç çizgi” jurnalı Azərbaycan Respublikasının dövlət bayrağındakı Azərbaycan xalqının türk mənşəli olmasını, müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini və islam sivilizasiyasına mənsubluğunu ifadə edən üç üfüqi zolağın şərəfinə belə adlanır.
Jurnalda oxuculara Azərbaycan, Türkiyə, o cümlədən digər ölkələrdən təqdim olunan elmi məqalələr, reportajlar, tarixi-elmi araşdırmalar və qısa hekayələr yer alacaq.
Jurnalda çap olunmaq istəyənlər öz yazıılarını uccizgi@outlook.com elektron poşt ünvanına göndərə bilərlər.
Jurnal Türkiyə türkcəsində 3 ayda 1 dəfə nəşr olunacaq.
Gülnaz Qənbərli
Gununsesi.info











