Türkiyədəki zəlzələdə həlak olan tələbənin atası: “Toy edib evinə gedəcəkdik, məzarına gedirik” - VİDEO

Bir il öncə Türkiyədə baş verən dəhşətli zəlzələdə dörd azərbaycanlı tələbə də həyatını itirib.

Baku TV həmin tələbələrdən Gündüz Nəzərzadənin ailəsindən reportaj hazırlayıb.

Gündüzün atası Mübariz Nəzərzadə ötən il baş verən dəhşətli hadisədən danışıb. O bildirib ki, oğlu Azərbaycanda tibb təhsili alıb, daha sonra magistr dərəcəsi almaq üçün Malatyaya gedib:

“Fevralın 5-i mənim ad günüm idi, 6-na keçən gün də bu hadisə baş verdi. Mən oraya gedəndə gördüm ki, bina tamamilə çöküb.

Gündüz dörd-beş ay idi ki, uzman mütəxəssis olmaq üçün Malatyaya getmişdi. Zəlzələdən öncə onunla telefonla danışdıq. Dedi ki, məni hamı tanıyacaq, hiss edirmiş sanki. Belə tanındı…

Ona toy etməli idik, evinə getməli idik, indi bu evinə gedirik, məzarını evi bilirik”.

Anası Gündüz barədə danışarkən bildirib ki, o, türkiyəli xanımla tanış olmuşdu:

“Eyni sahə üzrə təhsil alırdılar, mən də danışırdım həmin qızla. Gündüz mənim üçün özəl idi, o, anadan olanda kəsdiyim saçını saxlamışam, indi onu öpürəm”.

Daha ətraflı süjetdə: