Türkiyəli iş adamı köhnə maşınla qardaş ölkəyə yardım aparan Sərvər Bəşirliyə avtomobil hədiyyə etdi -FOTO

Türkiyəli iş adamı qırmızı rəngli köhnə VAZ avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edib.

Bu barədə məlumatı sosial şəbəkədə jurnalist Məhəmməd Türkmən paylaşıb.

Məlumata görə, Sərvər Türkiyədə olduğu üçün maşın atasına təhvil verilib.