Türkiyəyə ən çox sərmayə qoyan ölkələr - SİYAHIDA AZƏRBAYCAN 12-CİDİR

  • By admin
  • 22 May 2017 18:29

turkiye

Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan 20 ölkənin adı açıqlanıb. Bəlli olub ki, qardaş ölkəyə ən çox sərmayə yatıran ölkələr Avropa İttifaqına daxil olan ölkələr olub və çox maraqlı bir səhnə alıb. Belə ki, Türkiyəyə ən çox xarici sərmayə yatıran ölkə Hollandiya olub.

Gununsesi.info “habertürk”ə istinadən bildirir ki, bu barədə Türkiyənin İqtisadiyyat Naziriliyi 2010-2017-ci illərdə rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2010-2017-ci illərdə Türkiyə iqtisadiyyatına ümumilikdə 140 milyard dollar sərmayə qoyulub ki, bunun da 128,5 milyard dolları dünyanın 20 ölkəsinin payına düşür. Bu ölkələr Türkiyənin xarici sərmayə qoyuluşunda 91,7 faiz paya malikdirlər. Azərbaycan bu sırada 12-ci yerdədir.

Beləliklə, Türkiyəyə sərmayə yatıran 20 ölkənin adını təqdim edirik:

Hollandiya 2010-2016-cı illərdə 22 milyard 15 milyon dollarla birinci yerdə qərarlaşıb. 2017-ci ilin yanvar-fevral ayında isə bu yatırımın həcmi 89 milyon dollar olub.

ABŞ ikinci yerdə qərarlaşıb. Belə ki, Amerika Türkiyə iqtisadiyyatına 2010-2016-cı illərdə 11 milyard 198 milyon dollar investisiya yatırıb. 2017-ci ilin yanvar-fevral aylarında isə bu yatırımın həcmi 16 milyon dollar təşkil edib.

3-cü yerdə Avstriya qərarlaşıb. Avstriya Türkiyə iqtisadiyyatına son altı ildə 9 milyard 759 milyon dollar, 2017-ci ilin yanvar-fevral ayında isə 55 milyon dollar yatırım edib.

4-cü yerdə qərarlaşan İngiltərə 9 milyard 538 milyon dolar sərmayə qiyub. 2017-ci ilin yanvar-fevral ayında isə İngiltərənin Türkiyə iqtisadiyyatına yatırımının həcmi 10 milyon dollar olub.

5-ci yerdə qərarlaşan Lüksemburq isə 2010-2016-cı illərdə qardaş ölkənin iqtisadiyyatına 8 milyard 985 milyon dollar həcmində yatırım qoyub. 2017-ci ilin ilk iki ayında isə yatırımın həcmi 20 milyon dollar təşkil edib.

Almaniya isə 8 milyard 851 milyon dollarla 6-cı yerdə qərarlaşıb. 2017-ci ilin ilk iki ayında isə Almaniya Türkiyə iqtisadiyyatına 51 milyon dollar sərmayə yatırıb.

Belçika 8 milyard 209 milyon dollarla 7-ci yerdə qərarlaşıb. Bu il Belçika Türkiyəyə 3 milyon dollar həcmində yatırım edib.

7 milyard 636 milyon dollarla sərmayə qoymaqla 8-ci yerdə qərarlaşan İspaniyanın bu ilin ilk iki ayında yatırımının həcmi 19 milyon dollar olub.

9-cu yerdə Yunanıstan 6 milyard 867 milyon dollarla, 10-cu yerdə Fransa 6 milyard 850 milyon dollarla, 11-ci yerdə Rusiya 5 milyard 182 milyon dollarla, Azərbaycan isə 4 milyard 899 milyon dollarla 12-ci yerdə qərarlaşıb. Azərbaycanın 2017-ci ilin yanvar-fevral aylarında Türkiyə iqtisadiyyatına yatırdığı sərmayənin həcmi 129 milyon dollar olub.

13-cü yerdə Birləşmiş Ərəb Əmirliyi 4,165 milyard dollarla, 14-cü yerdə İtaliya 2,959 milyard dollarla, 15-ci yerdə İsveçrə 2,448 milyard dollarla, 16-cı yerdə Yaponiya 2,199 milyard dollarla, 17-ci yerdə Səudiyyə Ərəbistanı 1,949 milyard dollarla, 18-ci yerdə Küveyt 1,579 milyard , 19-cu yerdə Qətər 1,476 milyard, Livan isə 1, 285 milyard dollar sərmayə yatırımı ilə 20-ci yerdə qərarlaşıb.

Mürtəza

Gununsesi.info