Türkiyəyə yatırılan Azərbaycan kapitalının həcmi nə qədərdir?

  • By admin
  • 01 Sentyabr 2016 11:44

One hundred dollar notes are seen in this photo illustration at a bank in Seoul January 9, 2013. REUTERS/Lee Jae-Won

Qardaş ölkənin iqtisadiyyatında 2 minə yaxın Azərbaycan kapitallı şirkət fəaliyyət göstərir.

Türkiyədə azərbaycalı iş adamlarının kapitalına məxsus 1901 şirkət fəaliyyət göstərir. Gununsesi.info xəbər verir ki, bu haqda  iqtisadçı-ekspert  Rövşən Ağayev məlumat verib.

İqtisadçının sözlərinə görə, Türkiyə İqtisadiyyat Nazirliyi  xarici sərmayəli şirkətlərin sayı 49933-dür.

Gununsesi.info nazirliyin açıqladığı həmin siyahıda apardığı incələmələrdən məlum olur ki, 2002-2016-ci illərdə  Azərbaycan sərmayəçiləri bu ğlkəyə 4.4 milyard dollar vəsait yatırıb ki, bu da ümumi xarici investisiyanın 3.3 faizi deməkdir.

Son 6 ildə azərbaycanlıların  Türkiyəyə qoyduğu yatırımların həcmi 70 dəfə artıb.  Bununla hazırda Azərbaycan ilk iyirimiliyə düşərək 12-ci yerdə qərarlaşıb.

Soydaşlarımış  qonşu dövlətin iqtisadiyyatına

2010-cu ilə 12 milyon dollar,

 2011-ci ildə 1,26 mliyard dollar

2012-ci ildə 338 milyon dollar

2013-cü ildə 803 milyon dollar

2014-cü ildə 884 milyon dollar

2015-ci ildə 840 milyon dollar

2016-ci ilin yanvar-may aylarında isə 165 milyon dollar kapital yatırıb.

Şirkətlərin siyahısına və əhatə dairəsinə nəzər yetirdikdə,  burada inşaat sektorundan tutmuş, media, radio, informisiya texnologiyaları proqramları, enerji, qida və turizm sektoruna qədər  şirkətlərin fəaliyyətini görmək olur.  Ən böyük yatırımlar təbii Azərbaycan Dövlət Neft Şirkəti vasitəsi ilə həyata keçirilib.  Maraqlı nüanslardan biri SOCAR tək Azərbaycan kapitalı olaraq deyil, digər ölkələrdəki törəmə müəssisələri vasitəsilə də investitsiyalar həyata keçirib. Həmin investisiyalar isə törəmə müəssisənin qeydiyyatda olduğu ölkələrin adından qeyd edilib. Əgər bunları nəzərə alsaq, azərbaycanlı iş adamlarının yatırımlarının həcmi daha böyük olduğunu deyə bilərik.

Ümumiyyətlə,  son illər Türkiyənin mənzil bazarı azərbaycanlıların maraq dairəsindədir.  Həmyerlilərimiz  bu ölkədə ev sahibi olan əcnəbilər arasında ilk beşlikdədər.

Xarici sərmayədarların Türkiyə bazarına maraq göstərməsinin səbəblərindən biri  burada xarici vətəndaşların daşınmaz əmlaka sahıb olması ilə bağlı qanunun yüngülləşdirilməsi, eyni zamanda investisiya mühitinin çox əlverişli olmasıdır. Azərbaycanda risklərin böyük olması, monopoliya və mülkiyyət hüquqları ilə bağlı qanunların sərtləşdirilməsi investorları ölkədən qaçmağa vadar edib. Onlar öz sərmayələrini qonşu Türkiyə və Rusiyaya qoyurlar.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info