Türkmənistanın yeni səfiri sabah Bakıya gələcək

  • By admin
  • 15 İyun 2017 19:53

mekan_ankuliyev

 

Türkmənistanın Azərbaycandakı yeni səfiri Mekan İşanquliyev sabah Bakıya gələcək.

Report xəbər verir ki, bu barədə M.İşanquliyevin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüş zamanı bildirilib.

Mekan İşanquliyev dörd il Həştərxanda Türkmənistanın konsulu vəzifəsində çalışıb.

Jilkin onu yeni vəzifəsi ilə təbrik edərək konsulun Həştərxan regionunda yüksək məhsuldarlıqla işlədiyini qeyd edib.

Qubernator Həştərxan vilayəti ərazisində həyata keçirilən bir sıra layihələrdə aktiv fəaliyyətinə görə ona təşəkkür edib. O, həmçinin əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib, çünki Həştərxan Xəzər regionunun bütün ölkələri ilə əlaqələ saxlayır. Mekan İşanquliyev öz növbəsində Həştərxan nümayəndə heyətini Azərbaycanda qəbul etməyə şad olduğunu bildirib.

 

Gununsesi.info