Turqut Özalın qardaşı ölüb

  • By admin
  • 02 Noyabr 2016 11:36

turqut

Türkiyənin 8-ci prezidenti Turqut Özalın qardaşı Korkut Özal haqqın rəhmətinə qovuşub.  

Gununsesi.info türk mətbuatına istinadən xəbər verir ki, K.Özal noyabrın 2-də  İstanbulda yaşadığı evdə dünyasını dəyişib. K.Özal noyabrın 4-də İstanbulda dəfn ediləcək.

Qeyd edək ki, K.Özal 1929-cu il mayın 29-da Türkiyənin Malatya bölgəsində anadan olub. O, 1974-1977-ci illərdə müxtəlif nazirliklərə başçılıq edib.
Gülnaz Qənbərli
Gununsesi.info