Sabahdan yağışlar kəsiləcək - PROQNOZ

  • By admin
  • 02 Noyabr 2016 11:42

hava-10

Bakı və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 5-7° isti, gündüz  9-13° isti, Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.

Nisbi rütubət  85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Gununsesi.info