Üç ölkə Havayda Şimali Koreyaya qarşı toplanır

  • By admin
  • 05 Fevral 2022 20:29

Yaponiya, ABŞ və Cənubi Koreyanın xarici işlər nazirləri Şimali Koreyanın nüvə və raket proqramlarını müzakirə edəcəklər.

Gununsesi.info  xəbər verir ki, bu barədə ABŞ dövlət departamenti məlumat yayıb.

Bildirilir ki, üç ölkənin xarici işlər nazirləri Pxenyan tərəfindən artan təhdidlərlə bağlı Havay adalarında görüş zamanı müzakirələr aparacaqlar.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Yaponiyanın və Cənubi Koreyanın xarici işlər nazirləri ilə fevralın 12-də Havay ştatının Qonolulu şəhərində bir araya gələcək.

Xatırladaq ki, Pxenyan ötən ay yeddi raketin sınağı keçirib.

Gununsesi.info