Üçüncü binadakı mənzillərin sayı açıqlandı

  • By admin
  • 18 İyul 2017 13:46

vuqar1

“Jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılış mərasimi zamanı üçüncü binanın təməli qoyulacaq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu layihə davamlı olacaq.

V. Səfərli qeyd edib ki, üçüncü bina da ikinci bina kimi 255 mənzilli olacaq.

Gununsesi.info