Uçuş zamanı təyyarənin illüminatoru çıxdı - YARALILAR VAR

  • By admin
  • 23 Aprel 2018 09:26

“Air India” aviaşirkətinə məxsus təyyarənin illüminatoru uçüş zamanı korpusdan qopub.

Gununsesi.info xəbər verir ki, hadisəyə səbəb hava gəmisinin turbulentlik zonasına düşməsi olub.

İnsident nəticəsində 3 sərnişinin xəsarət aldığı bildirilir.

Hadisə təyyarə havaya qalxdıqdan az sonra qeydə alınıb. Rəsmilərin sözlərinə görə, layner 10-12 dəqiqə ərzində silkələnib.

Gununsesi.info