“Barselona”nın Arda Turan qərarı - BU ÖLKƏYƏ SATIRLAR

  • By admin
  • 23 Aprel 2018 09:35
“Barselona” “Başakşəhər”ə icarəyə verdiyi Arda Turanı satır.
Gununsesi.info fanat.az-a istinadən xəbər verir ki, kataloniyalılar türk futbolçunu Çin Super Liqasında çıxış edən klublardan birinə satmağı planlaşdırır.
Xəbərdə bildirilir ki,gələn mövsümün sonunadək “Başakşəhər”lə icarə müqaviləsi olan Ardanın sözləşməsinə “Barselona” xüsusi maddə saldırıb. Həmin maddəyə əsasən kataloniyalılar futbolçunu istədiyi kluba sata bilər.
Bildirilir ki, “Barselona” Arda üçün Çin klublarından 10-15 milyon arasında transfer haqqı tələb edir.
Qeyd edək ki, Arda “Başakşəhər”də keçirdiyi 9 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Gununsesi.info