Messi Argentina mediasını məhkəməyə verəcək

  • Müəllif: Firuzə
  • 10 Avqust 2026 10:07

ABŞ təmsilçilərindən “İnter Mayami”nin və Argentina millisinin kapitanı Lionel Messi Argentina mediasına qarşı məhkəmə iddiası qaldıracaq.

Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, argentinalı ulduz atası Xorxe Messinin dəfn mərasimində media nümayəndələrinin iştirakına qəzəblənib.

İddialara görə, Lionelin hüquq firması Xorxe Messinin vida mərasimini işıqlandırmaqda şəxsi həyatın toxunulmazlığının pozulmasına görə Argentina mediasına qarşı məhkəmə iddiası qaldıracaq.

Qeyd edək ki, Xorxe Messi uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

Gununsesi.info