Zobunuzun olub olmadıgını özünüz yoxlayın - BUNUN ÜÇÜN SİZƏ TERMOMETR KİFAYƏTDİR

  • By admin
  • 23 Aprel 2018 09:42

Zobunuzun olub olmadıgını özünüz yoxlayın!

Gununsesi.info xəbər verir ki, bunun üçün sizə hər evdə olan termometr kifayətdir…

Qaydası çox sadədir.

Doktor Barns ev şəraitində. yatağınızdan belə qalxmadan  istifadə edə biləcəyiniz  testi yaratdı. Siz asanlıqla və tez bir zamanda. adi termometrin   köməyi ilə bunu öyrənə biləcəksiniz.

Testdən keçmək üçün nə etmək lazımdır?

Yatmazdan əvvəl  termometri hazırlayın,  onu yaxşıca silkələyin. Temperatur orada təxminən 35 ° C olmalıdır. Ayılandan dərhal sonra termometri qoltuqaltına qoyun və orada on dəqiqə ərzində saxlayın. Sonra nəticəyə baxın və onu yazın. Bu nəticə “səhər bazal temperaturu” kimi tanınır. Normal bazal temperaturu  36,5 ° və 36,8 ° C aralığında olmalıdır.

Nəticə:

Əgər sizin bazal temperaturanuz 36,5 C ° və 36,8 ° C arasında yerləşirsə, onda sizin qalxanabənzər vəz normal işləyir.
Əgər səhər  temperatur 36,5 C° aşağıdırsa, onda bu qalxanabənzər vəzinin (hipotireoz) funksiyası pis işləyir. Belə olan halda, digər simptomlara diqqət yetirmək lazımdır. Məsələn: Enerji çatışmazlığı, xroniki yorğunluq, depressiya, xroniki baş ağrıları, tez-tez soyuqdəymə, saç tökülmə əhvalın pisləşməsi, konsentrasiya və diqqət.
Əgər bazal temperaturanız 36,8 ° C-dən yüksəkdirsə , bu o deməkdir ki, sizin qalxanabənzər vəzdə problemlər yaranıb (hipertireoz) və ya orqanizminizdə hansısa  iltihab prosesi gedir.
Maksimum dəqiq nəticə almaq üçün bu testin ardıcıl,  üç gün keçirilməsi tövsiyə olunur. Əgər bütün bu müddət ərzində sizin bazal temperatur normal diapazondan yuxarı və ya aşağı olarsa, mütləq həkimlə məsləhətləşin.  /azadqadin.az/

Gununsesi.info