Ukrayna ordusunun vertolyotu qəzaya uğrayıb

  • By admin
  • 26 Mart 2017 20:25

vertalyot-300x196

 

Bu gün Ukrayna Silahlı Qüvvələrinin “Mi-2” hərbi vertolyotu Kramatorsk şəhəri yaxınlığında, Malinovka qəsəbəsində qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi Əməliyyat Mərkəzinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

İlkin versiyaya əsasən vertolyot elektrik xəttinə çırpılma nəticəsində yerə düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Ölənlərin sayı barədə məlumat verilməsə də, meyitlərin evakuasiyasının aparıldığı bildirilib.

 

Gununsesi.info