Ukrayna prezidenti gizli şəkildə Kiyev ətrafındakı döyüş postlarını gəzdi…

  • By admin
  • 14 Mart 2022 11:25

“Mən bunun çox nümayişkaranə şəkildə olmasını istəmədim. Sadəcə, oğullarımızı dəstəkləmək, onlarla danışmaq istədim. Cəsarətli oğullar, Kiyevi müdafiə edən və qalib gələcəyimizi bilən şən oğullar… Bu, hiss olunur…”

Gununsesi.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu sözləri martın 13-ü axşam saatlarında gizli şəkildə Kiyev ətrafındakı blok-postlara – nəzarət-buraxılış məntəqələrinə baş çəkən Ukrayna prezidenti söyləyib

Zelenski deyib ki, o, nəzarət-buraxılış məntəqəsində hər gün hərbçilərə bir qazan yemək gətirən adamla da rastlaşıb.

“Sadəcə ürəkdən… Və bilirəm ki, bizim dövlətimiz əsrlər boyu məhz belə insanların çiynində qurulub. Məhz belə insanların sayəsində biz istənilən qaranlıq günlərdən salamat çıxacağıq. Çünki biz bir yerdəyik. Və biz həmişə özümüzü və özümüzünkünü qoruyuruq… Pul üçün deyil… Məcburiyyət olmadan… Bizə təcavüz edənlər kimi deyil. Yalnız ona görə ki, biz ukraynalıyıq”, – deyə Zelenski vurğulayıb.

Xatırladılır ki, martın 13-də Vladimir Zelenski hərbi hospitalda müalicə alan yaralı Ukrayna müdafiəçilərinə də baş çəkib.

Qeyd olunur ki, dövlət başçısının baş çəkdiyi tibb müəssisəsinə Kiyev vilayətində gedən döyüşlərdən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan hərbçilər yerləşdirilib.

Gununsesi.info