Ukrayna yer üzündən silinmə təhlükəsi ilə üz-üzədir - Yuliya Timoşenko

  • By admin
  • 07 Sentyabr 2016 17:45
timosenko
 
Ukrayna xəritədən və yer üzündən silinmə təhlükəsi ilə üz-üzədir.
Bunu Ukraynann sabiq baş naziri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko belə bir bəyanatla Ali Radada çıxış edib.
Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, sabiq baş nazir  ölkə rəhbərliyini imitasiya adı altnda həyata keçirilən islahatlara  son qoymağa və  ümummilli strateji məsələlərlə bağlı danışıqlara başlamağa çağırıb.
Y.Timoşenko deyib ki, Ukraynada son hakimiyyət dəyişikliyindən sonra  parlament yüzlərlə qanunlar qəbul etməklə faktiki  təkcə dövlət idarəçilik sistemini dağıtmaqla  yanaşı adi vətəndaşların da hüquqların kobud surətdə pozub.
O deyib ki, Ukraynada əslində islahat adı altında xaos baş verir: “Artıq Ukrayna dünyada ölüm hadisəsinə görə dünyada ikinci yerə çıxıb. Ölkənin 8% əhalisi, yəni 3 milyonu  əmək miqrantı kimi başqa ölkələrdə çalışır”.
Sonda Y.Timoşenko hakimiyyəti  masa arxasına oturub danışıqlara başalamağa çağırıb. “Əks təqdirdə  Ukrayna tədricən  yer üzündən silinməyə başlayacaq”- deyə, Y.Timoşenko bəyan edib.
Gununsesi.info