Ukraynanın ən çətin anlarında Azərbaycan onun yanında olub - Elman Nəsirov

  • By admin
  • 16 Sentyabr 2016 12:56
elman
Ukraynada  azərbaycanlılara qarşı təqib və təzyiqlərə  məruz qalması artıq Azərbaycan cəmiyyətində ciddi rezonansa və etiraza səbəb olub. Artıq Azərbaycanın  Baş prokuroru Zakir Qaralov yaranmış vəziyyətdən narahat olduğunu və məsələnin araşdırılması məqsədilə  ukraynalı həmkarına müraciət edib.
Ukraynada soydaşlarımıza qarşı təzyiqlərlə bağlı mövqeyini Gununsesi.info-ya açıqlayan Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Elman Nısirov  bildirib ki,  Azərbaycan-Ukrayna münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olduğundan, bu gün orada  soydaşlarımıza qarşı baş verən təzyiq və təqiblər ölkələrarası münasibətlərə heç cür təsir edə bilməz. “Çünki iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq   edir.  İki ölkə arsındakı strateji tərəfdaşlıq münasibətləri özünü Pyotr Poroşenkonun bu yaxınlarda Bakıya səfəri  bir daha  sübuta yetirdi. Bu səfər bir daha göstərdi ki, iki ölkə arasında çox yaxşı münasibətlər olamqla yanaşı, əlaqələrin inkişafı üçünsə böyük potensial var. Amma buna baxmayaraq Ukraynada  Azərbaycanla əlaqələrin isti münasibət olmasını istəməyən qüvvələr də var”- deyə, millət vəkili vurğulayıb.
Deputat təəssüflə qeyd edib  ki, bu gün Ukraynada hakimiyyət kürsüsündə ermənipərəst qüvvələr, hətta erməni milləyətindən olan şəxslər  yüksək vəzifələrdə oturublar: “Onlardan biri də Ukraynanın daxili işlər naziri Arseni Avakovdur. Məhz orada yaşayan azərbaycanlılara qarşı təzyiq və təqib kampaniyasının başında  Avakov kimi insanlar durur. Belə şəxslər çalışırlar ki, Azərbaycanla  Ukrayna arasındakı münasibətlər mənfi istiqamətə yönəlsin. Amma bu qüvvlər öz istəklərinə nail ola bilməyəcəklər. Ona görə ki, bu iki ölkənin siyasi rəhbərliyi çətin anlar da bir birinə dəstək verib və bu dəstək bundan sonra da davam edəcək.  Elə son illərdə Ukraynanın ən çətin anlarında  belə Azərbaycan və onun prezidenti İlham Əliyev  rəsmi Kiyevin yanında olduğunu açıq şəkildə bəyan edib. Hətta Azərbaycan preizdenti Ukraynaya verdiyi bu dəstəklərə görə özü  təzyiqlərə məruz qalıb. Buna baxmayaraq  Azərbaycan prezdenti  Ukraynaya  dəstəyini bu gündə  göstərməkdədir. Odur  hesab edirəm ki, Ukraynanın hüquq-mühafizə orqanları və cəmiyyəti yaranmış vəziyyəti düzgün dəyərlənidrəcəklər. Azərbaycanlılara qarşı təqib kampaniyasına son veriləcək. Cinayətkarlar cəzasını alacaq”- deyə, E.Nəsirov bildirib.
Bununla belə millət vəkili deyib ki,  bu proses davam edərsə və  vəziyyət mənfi tendensiya istiqamətində inkişaf edərsə, o zaman  Azərbaycan-Ukrayna prlamentlərarası dostluq qrupu da yaranmış vəziyyətlə bağlı ukraynalı həmkarlarına müraciət etməsi istisna deyil.
Mürtəza
Gununsesi.info