Ukraynanın ən yaxşı qırıcı pilotu həlak oldu

  • By admin
  • 01 Mart 2022 09:58

Dünyanın ən yaxşı qırıcı pilotlarından biri, ukraynalı polkovnik Aleksandr Oksançenko Rusiya aviasiyası ilə hava döyüşündə həlak olub.

Gununsesi.info Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna prezidenti V.Zelenski polkovnik Oksançenkoya ölümündən sonra Ukrayna Qəhrəmanı adı verib.

Məlumata görə, polkovnik Aleksandr Oksançenko dünyanın ən yaxşı qırıcı pilotu kimi havada ən çətin elementlərini qüsursuz yerinə yetirirdi.

Gununsesi.info