Ulduz futbolçu 2 aydan sonra “Yuventus”a qayıtdı

  • By admin
  • 15 May 2020 20:47

“Yuventus”un futbolçusu Qonsalo İquain 2 aydan sonra Argentinadan İtaliyaya qayıdıb.

Gununsesi.org-un “Football Italia” nəşrinə istinadən məlumatına görə, 33 yaşlı hücumçu bu gün Turindəki hava limanında olub.

Argentinalı oyunçu tibbi müayinədən keçdikdən sonra 2 həftə karantində qalacaq.

Qeyd edək ki, Qonsalo İquain mart ayında İtaliyanı tərk edib. Onun “Yuventus”la 2021-ci ilin yayındək müqaviləsi var.

 

Gununsesi.org