UNEC təkrar ali təhsilə və yenidənhazırlanma təhsilinə qəbul prosesi başa çatıb

  • Müəllif: admin
  • 11 Avqust 2017 14:24

150244295770372664_1000x669

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təkrar ali təhsilə və yenidənhazırlanma təhsilinə qəbul prosesi başa çatıb.

Gununsesi.info-ya UNEC-dən  verilən məlumata görə,  ümumilikdə bu il əvvəlki illərlə müqayisədə bütün ixtisaslara maraq böyükdür. Əgər əvvəlki ildə əmək bazarında əsas maraq doğuran ixtisaslara – maliyyə, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı üzrə daha çox müraciət qeydə alınırdısa, bu il həmin ixtisaslarla yanaşı, iqtisadiyyat, marketinq, menecment, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisaslarına da maraq artır.

Belə ki, yenidənhazırlanma təhsilinin üç ixtisas üzrə aparılır. Yenidənhazırlanma ali təhsil bazasında dünya iqtisadiyyatı və maliyyə ixtisasları, orta ixtisas təhsili bazasında isə maliyyə işi ixtisası üzrə aparılır. Təkrar ali təhsilə qəbul isə UNEC-də mövcud olan 22 ixtisas üzrə keçirilir. Tədris yenidənhazırlanma təhsili üçün ayrıca yaradılan qruplarda, təkrar ali təhsildə isə müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir. Yenidənhazırlanma diplomu tək qüvvədə sayılmır. Bu diplom ilk baza diplomu ilə birlikdə təqdim edilməlidir.

UNEC-də tətbiq edilən yeniliklərin, tədris prosesinin müasirləşdirilməsi və yeni şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılması məqsədilə həyata keçirilən islahatların nəticəsi kimi qəbul sayı hər il artır.  Qeyd edək  ki, ötən il təkrar ali təhsil alanların sayı 46 nəfər olub. Onlardan 45 nəfəri qiyabi, yalnız 1 nəfəri əyani əsaslarla təhsil formasını seçib.

Gülnaz Qənbərli

Gununsesi.info