“Unikal” 7 yaşını qeyd edir

  • By admin
  • 06 İyun 2017 12:19
UNİKAL
Bu gün “Unikal”qəzetinin və “Unikal.org” internet portalının fəaliyyətə başlamasının 7-ci ili tamam olur.
Hər iki media qurumu 2010-cu il iyunun 6-da oxucularına ilk xəbərini təqdim edib.
Üç ildən çoxdur ki,”Unikal” qəzeti Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyələşir və layihə icra edir.
Gündəlik olaraq nəşr olunan qəzet və “Unikal.org” fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. Buna görə də hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir.
“Unikal.org”-a istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur.
Gün ərzində saytda müxtəlif sahələri əhatə edən100-dən çox xəbər yayımlanır.
ASEF
“Unikal” qəzeti və “Unikal.org”saytı Azərbaycanda fəaliyyət göstərən ictimai – siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.
Gündəlik olaraq “Unikal.org”-a 50 mindən artıq unikal İP-dən 150-200 min, aylıq isə 2 milyondan çox ziyarətçi daxil olur.
Yeddi yaşı münasibəti ilə “Unikal”qəzeti və “Unikal.org” saytının oxucularının hər birini təbrik edirik!