
Son günlərdə “Qafqaz” və “Təfəkkür” Universitelərinin bağlanması cəmiyyətdə ciddi rezonanasa səbəb olub. Artıq bir sıra mütəxəssislər bu prosesin davamalı olacaqğını, hətta, bir sıra ali məktəb ocaqlarının birləşəcəyini qeyd edirlər. Və artıq bununla bağlı mediada da yetərincə məlumatlar gedib.
Gununsesi.info olaraq məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyliyə müraciət etdik.
Gununsesi.info-ya müsahibəsində İsa Həbibbəyli ali məktəb ocaqlarının bağlanmasını təhsil sahəsindəki islahatların məntiqi nəticəsi hesab edib.
-İsa müəllim, son günlərdə Azərbaycanda bir sıra universitetinin fəaliyyətini dayandırlmasını nə ilə izah edərdiniz?
-Azərbaycanda bir neçə universitetin bağlanmasını ali təhsil sahəsində gedən islahatların inkişaf meyarları ilə əlaqələndirirəm. Bu istiqamətdə atılan addımlar təhsil sahəsində ixtisaslaşmanın daha da dərinləşmısinə, ali təhsilin yüksəlməsinə xidmət edəcək.
-Bu proses davamlı olacaqmı? Gələcəkdə digər universitetlərin bağlanması və ya inteqrasiyası baş verə bilərmi? Artıq bununla bağlı mediada kifayət qədər məlumatlar gedir…
-Hazırda digər ali məktəblərin birləşməsi və ya fəaliyyətinin dayandırılması gündəlikdə deyil. Ona görə bu barədə mətbuatda olan fikirlər bir o qədər reallığı əks etdirmir. Ancaq cəmiyyətin gələcək inkişafı ilə bağlı Azərbyacanda yeni ali məktəblər də yarana və ya bağlana, yaxud, onların inteqrasiya prosesi ola bilər. Bu, islahatların zəruri məntiqidir.
-Bu gün Azərbaycanın ali məktəblərində təhsilin keyfiyyəti yüksək səviyyədə olmadığından dünya ali məktəbləri sırasında reytinq cədvəlinə düşə bilmir. Bunun üçün hansı addımlar atılmalıdır?
-Ali təhsil ocaqlarının reytinq qazanmasının şərtləri var. Bu da ondan ibarətdir ki, ali təhsil ocağında təcrübə ilə yanaşı təhsilə innovativ yanaşma olmalıdır. Çoxillik fəaliyyəti ilə bərabər yüksək səviyyəli mütəxəssislər yetirşdirməli, bu ali təhsil ocaqlarında peşəkar pedoqoji kollektiv olmalıdır. Yüksək səviyyəli alimlər, professorlar, akademiklər tədris keçməlidir. Bundan əlavə digər parametrlər var ki, onlara da cavab verməlidir. Reytinqdə bunlar hamısı şərtdir. Reytinq heç də asan məsələ deyil.
-Son günlərdə ödənişli təhsillə də bağlı cəmiyyətdə müxtəlif fikirlər dolaşır. Bəziləri ödənişli təhsilin ləğv olunacağını deyir. Siz necə düşünürsünüz?
-Ödənişli təhsil dünya praktikasında geniş yer almiş bir təhsil formasıdır və bizim ölkəmizdə də dövlət və ödənişli sistem əsasında təhsil həyata keçirilir. Burada qiymət Tarif Şurası tərəfindən müəyyən olunur. Bunun ləğvi reallığa uyğun deyil.
-Siz necə düşünürsünüz, ali təhsil ocaqlarına plan yerlərinin ləğvi məqsədəuyğundurmu?
-Ümumiyyətlə, mən ali təhsilin tənzimlənməsini, proqnozlaşdırlmasını vacib sayıram. Hansısa meyarlara söykənərək ləğv olunması yox, onların daha da təkmilləşdirilməsi yaxşıdır.
-Sizcə, bu gün ali təhsil ocaqlarında əmək bazarı və tələb- təklif məsələləri öyrənilirmi? Çünki bu, sonradan əmək bazarında ciddi problemlərə yol açır. İnsan ali məktəbi bitirir, ancaq iş təminatında problemlərlə üzləşir. Bu problemi necə həll etmək olar?
– Heç şübhəsiz əmək bazarı öyrəniliməlidir. Bu proses davam etməlidir. Məsələn, Sovet dövründə əmək bazarında tələbat öyrənilmədən ali mütəxəssislər yetişdirildi. Bu da sonra ali təhsilli mütəxəssislərdən ibarət böyük bir işsizlər ordusunun meydana çıxmasına səbəb oldu. Ona görə indi də cəmiyyətimizdə əmək bazarının tələbləri öyrənməlidır.
Mürtəza Bünyadlı
Gununsesi.info












