“Gəlin müəllimlərə qarşı ədalətsizliyə son qoyaq” - VÜSALƏ MƏMMƏDZADƏ

  • Müəllif: admin
  • 28 Aprel 2018 11:34

“Hansısa orta məktəblərdə baş verən neqativ hadəsəyə görə, ümumilikdə, təhsil müəssisələrini hədəfə almaq nə hüquqi, nə də mənəvi ölçüyə sığır”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə söyləyib.

Qeyd edək ki, orta məktəblərdə şagirdlərlə bağlı üzə çıxan bəzi xoşagəlməz faktlara görə təhsil müdiri hədəfə alınır.

Vüsalə Məmmədzadə isə hesab edir ki, uşağın təlim-tərbiyəsi təkcə məktəb mühiti ilə bitmir: “Bu bir reallıqdır ki, şəxsiyyətinin formalaşmasında birinci ailənin üzərinə əsas məsuliyyət düşür. Burada ilk növbədə valideyn məsuldur. Uşaq gününün 4-5 saatını məktəbdə olur, qalan vaxtı ailəsi ilə keçirir. Təəssüf ki, bizdə bəzən hər şeyin məktəbdən asılı olduğunu deyirlər. Orduda da bu belədir. Məktəb, ordu müxtlif tərbiyələrin, xarakterlərin daşıyıcısı olan ailələrin övladlarından ibarətdir. Müxtəlif dünyagörüşlü, müxtəlif xarakterli insanlara birgə nəzarət asan məsələ deyil. Hansısa uşağın əxlaqsız olayı üzə çıxıbsa, buna məktəb, yaxud, müəllim nə edə bilər? Hesab edirəm ki, hər kəs öz övladının tərbiyəsi ilə xüsusi məşğul olmalıdır. Onların orta məktəbdə törətdiyi hər hansı bir yersiz hərəkətə görə məsuliyyəti müəllimlərin üzərinə atmaq düzgün deyil. Gəlin müəllimlərə qarşı ədalətsizliyə son qoyaq”.
Gununsesi.info