Qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir - AZƏRBAYCANDA

  • Müəllif: admin
  • 28 Aprel 2018 11:40
Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin ixtiyarına verilir, qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqlar bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur .
Gununsesi.info xəbər verir ki, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.
Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.
Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.
Gununsesi.info