Uşaqlara verilən şəxsiyyət vəsiqələri - 4-25 MANATA

  • By admin
  • 14 Fevral 2018 14:44
Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsi ilə bağlı  “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunacaq.
Gununsesi.info xəbər verir ki, məsələ Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Qanun layihəsində nəzərdə tutulan dəyişikliklə bağlı deputatlara məlumat verən Milli Məclisin İqtisadi Qanunvericilik şöbəsinin müdiri Məhəməd Bazıqov bildirib ki, 2019-cu ilin yanvarın 1-dən etibarən 15 yaşı tamam olmayan şəxslərə şəxsiyyət vəsiqəsi ödənişsiz olmayacaq.
“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdən sonra  2019-ci ilin yanvarın 1-dən etibarən  şəxsiyyət vəsiqələrinin verilməsi üçün dövlət rüsumu ödəniləcək. Bununla bağlı olaraq  qanunun 14.3-2 maddəsinə müvafiq dəyişikliklər nəzərdə tutulub.
Beləliklə, qanunun 14.3-2 maddəsinə 15 yaşı tamam olmamış şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumları aşağıdakı qaydada
10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 AZN
3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 AZN
 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 AZN müəyyən ediləcək.
Dəyişiklik qəbul edilərsə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi qanunla nəzərdə tutulan dəyişikliyin Parlamentdə müzakirə olunması üçün  plenar iclasına tövsiyyə etdi.
Mürtəza
Gununsesi.info