Milli Məclisin deputatı Hikmət Babaoğlua parlamentin bugünkü plenar iclasında uşaqların hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin ayrı-ayrı müddəalarına münasibət bildirib.
Gununsesi.info bildirir ki, o, xüsusilə uşaqların vicdan azadlığı və məlumat almaq hüququ ilə bağlı maddələrə diqqət çəkib.

Deputat qeyd edib ki, qanun layihəsində uşağın valideynin razılığı ilə dini biliklərlə tanış olması nəzərdə tutulur.
Bu məsələdə uşağın yaş və düşüncə səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Eyni zamanda, valideynlərin bu sahədə hazırlıq səviyyəsinin də önəmli olduğunu bildirib.
Hikmət Babaoğlu həmçinin uşağın məlumat azadlığı məsələsinə toxunub. O qeyd edib ki, bir tərəfdən uşaq zərərli məlumatdan qorunmalıdır, digər tərəfdən isə ona məlumat almaq hüququ tanınır. Deputat bu iki istiqamət arasında tarazlığın qanunda daha dəqiq göstərilməsinin zəruri olduğunu deyib.
Şəbnəm












