“Uşaqlığımdan qalan bir duyğudur bəlkə də…” - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 02 Sentyabr 2017 07:29

GANIRE

Uşaqlığımdan qalan bir duyğudur bəlkə də…

Amma rayonda, kənddə bayram bir başqa olur sanki.

Özəlliklə Qurban və Novruz bayramı.

Rayona gedirik. İnşallah, bu gün tezdən ön cəbhədə sakinlərimizlə, şəhid ailələrimizlə, qazilərimizlə görüşəcəyik, bayramlarını təbrik edəcəyik.

Allah bu əziz günlərdə və hər zaman ön cəbhəmizi qoruyan əsgərlərimizə, hərbiçilərimizə və fədakar sakinlərimizə kömək olsun!

Qurban yardımlaşma, paylaşma bayramıdır.

Bu əziz günlərdə bizə maddi və mənəvi ehtiyacı olanları unutmayaq.

Bayramda hər birimiz bir ailəni sevindirə bilsək əsl bayramı yaşaya bilərik.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Gununsesi.info