ÜST-ün İrandakı əməkdaşı da koronavirusa yoluxdu

  • By admin
  • 02 Mart 2020 21:57

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı regional ofisinin əməkdaşı da koronavirusa yoluxub.

Gununsesiaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevredə keçirilən brifinqdə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, təşkilatın əməkdaşının xəstəliyi orta-ağır dərəcədədir.

Qebreyesus İran hökumətinə Covid-19-la mübarizə aparmaqda dəstək məqsədilə ölkəyə əlavə tibbi ləvazimatlar göndərildiyini də qeyd edib.

 

Gununsesiaz.info