“Üsyançı müstəntiq” 35 yaşını həbsxanada qeyd edir

  • By admin
  • 11 Oktyabr 2016 09:35

rufet-s

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il azadlıqdan məhrum edilən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun doğum günüdür.  Hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq müstəntiq apellasiya  prosesinə hazırlaşır.

Xatırladaq ki, ölkədə ədalətsizliyi əsas gətirərək, işlədiyi prokurorluq orqanlarından istefa verən Rüfət Səfərov hakimiyyəti tənqid etdiyinə görə, sonradan  ona qarşı  cinayət işi başlayıb.

Rüfət Səfəroun adı bir sıra hüquq müdafiə təşkilatlarının siyasi məhbus siyahısına daxil edilib. Ölkənin tanınmış ziyalıları, hüquqşünasları və media nümayəndələrindən ibarət Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb.

Elmir