Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

  • By admin
  • 12 Yanvar 2018 13:30
Vəkilliyə namizədlərlə yazılı test imtahanının yanvarın 28-də keçirilməsi nəzərdə tutulur.
Bu barədə Gununsesi.info-ya Vəkillər Kollegiyasının mətbuat xidmətindən bildirilib.
İmtahanı Vəkillər Kollegiyası Dövlət İmtahan Mərkəzi ilə birgə keçirəcək.
İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək.
Qeyd olunub ki, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə ölkə prezidentinin 7 noyabr 2017-ci il tarixli sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması tövsiyə olunub.
Tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunub və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqdim edilib.
Yanvarın 11-də yekunlaşan sənəd qəbulu nəticəsində qəbul üçün sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub.
Gununsesi.info